Füzuli Yaşayış Kompleksi

Füzuli şəhərində tikilən Füzuli Yaşayış Kompleksinin ümumi sahəsi 8,9 hektar təşkil edir.

 

Yaşayış kompleksi 2 dörd-beşmərtəbəli (bir girişli), 4 beşmərtəbəli (bir girişli), 4 altımərtəbəli (bir girişli), 8 dörd-beşmərtəbəli (iki girişli), 2 dördmərtəbəli (iki girişli), 12 beşmərtəbəli (iki girişli), 2 beş-altımərtəbəli (iki girişli), 4 altı-yeddimərtəbəli (iki girişli) olmaqla 38 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 846 mənzil olacaq ki, onlardan 318-nin ikiotaqlı, 430-nun üçotaqlı, 98-nin isə dördotaqlı olması nəzərdə tutulur. İkiotaqlı mənzillərin sahəsi təqribən 54,2-68,3 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 71,6-109,3 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə təqribən 92,8-108,4 kvadratmetr təşkil edəcək.

      

Bütün mənzillər tam təmirli, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş vəziyyətdə və mərkəzləşdirilmiş qazanxana vasitəsilə istilik və məişət üçün isti su ilə təmin olunacaq.

Yaşayış binaları ilə yanaşı ərazidə park, yeraltı və yerüstü avtodayanacaqlar, uşaq oyun və idman meydançaları da istifadəyə veriləcək.

Tikinti işlərinin 2023-cü ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

       

             

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2023
 

Zəhmət olmasa daxil etdiyiniz məlumatın düzgünlüyünü yoxlayın.

 

Siz xəbərlərdən imtina etdiniz.

Fon rəngi

Mətn ölçüsü


Mətn boşluğu


Xətt hündürlüyü