Lənkəran Yaşayış Kompleksi

Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Lənkəran Yaşayış Kompleksi Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşir. Yaşayış kompleksinin ümumi sahəsi 1,5 hektar təşkil edir.

Yaşayış Kompleksi doqquzmərtəbəli olmaqla 5 binadan ibarətdir. Bu binalarda ümumilikdə 240 mənzil olacaq ki, onlardan 32-nin studio tipli, 36-nın ikiotaqlı, 104-nün üçotaqlı, 68-nin dördotaqlı olması nəzərdə tutulur.

Studio tipli mənzillərin sahəsi 40,1 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 57,68-57,70 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 72,82-76,74 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi 98,7-114,61 kvadratmetr təşkil edəcək.

  

Bütün mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif olunacaq.

Yaşayış binaları ilə yanaşı ərazidə uşaq oyun meydançalarının, insanların rahat istirahəti üçün geniş həyətlərin, yaşıllıq zonalarının istifadəyə verilməsi nəzərdə tutulmuşdur. 

  

 

 

 

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2023
 

Zəhmət olmasa daxil etdiyiniz məlumatın düzgünlüyünü yoxlayın.

 

Siz xəbərlərdən imtina etdiniz.

Fon rəngi

Mətn ölçüsü


Mətn boşluğu


Xətt hündürlüyü