Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC-nin sifarişi ilə inşa olunan yaşayış komplekslərinin tikinti layihələrinə, binaların eksteryeri, mənzillərin interyeri, ərazilərin landşaft dizaynlarının seçilməsi və onların 3D görüntüdə hazırlanmasına dair xidmətlərin göstərilməsi üzrə elektron açıq tender elan olunur
Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (PORTAL) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini PORTAL vasitəsi ilə təqdim edə bilərlər.
İştirak haqqı: 300 manat
Tenderdə iştirak haqqının ödənilməsi üçün bank rekvizitləri:
VÖEN: 1701953921
“Kapital Bank” ASC-nin Mərkəzi filialı
Filialın kodu: 200026
VÖEN: 9900003611
SWİFT kod: AIIBAZ2X
M/h AZ37NABZ01350100000000001944
“MİDA” MMC
Hesab: AZ18AIIB38030019440029636102
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları PORTAL vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 03.07.2020-ci il saat 15:00-a qədər və tender təklifi ilə bank təminatını 13.07.2020-ci il saat 15:00-a qədər PORTAL vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 14.07.2020-ci il saat 15:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə PORTAL vasitəsi ilə tanış ola bilərlər.
Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.
Tender komissiyası