“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən elan edilmiş tenderin qalibi müəyyən edildi

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar 2020-ci il 17 mart və 08 apreltarixlərində keçirilmiş açıq tenderin nəticələrinə əsasən

Lot-1 üzrə “Araz İnşaatçı” MMC, Lot-2 üzrə “GM Construction” MMC ilə “Faktor Qrup-S” MMC konsorsiumu, Lot-3 üzrə  “Chinar İnshaat” MMC, Lot-4 üzrə “HN Construction” MMC və Lot-5 üzrə “Enerji Qrup” MMC qalib müəyyən edilmiş və müvafiq satınalma (podrat) müqavilələri bağlanmışdır.      

 

“MİDA” MMC

 

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2020
 

Zəhmət olmasa daxil etdiyiniz məlumatın düzgünlüyünü yoxlayın.

 

Siz xəbərlərdən imtina etdiniz.