Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində xaricidairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yaşayış kompleksinin tikintisi ilə əlaqədar 14 fevral 2017-ci il tarixdə 4 lot üzrə keçirilmiş açıq tenderin nəticələrinə əsasən Lot-1 üzrə “Hovers GROUP” MMC, Lot-2 üzrə “SMT İnşaat” MMC, Lot-3 üzrə “Caspian GLG” MMC və Lot-4 üzrə “Bakelektro” ASC qalib müəyyən edilmiş və müvafiq satınalma müqavilələri bağlanılmışdır.
“MİDA” MMC