“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən elan edilmiş tenderin qalibi müəyyən edildi

“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş açıq tenderin qalibləri müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 15,4 ha torpaq sahəsində çoxmənzilli binaların tikintisi ilə əlaqədar 2019-cu il 05 iyul tarixində keçirilmiş açıq tenderin nəticələrinə əsasən Lot-1 üzrə “Diadem” MMC, Lot-2 üzrə “Merkuri-İnşaat” MMC ilə “Conco” MMC konsorsiumu, Lot-3 üzrə “AS Tikinti” MMC, Lot-4 üzrə “Merkuri-İnşaat” MMC, Lot-5 üzrə “Chinar İnshaat” MMC və Lot-6 üzrə “Qaz Oil Building” MMC qalib müəyyən edilmiş və müvafiq satınalma (podrat) müqavilələri bağlanmışdır.      

 “MİDA” MMC

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2020
 

Zəhmət olmasa daxil etdiyiniz məlumatın düzgünlüyünü yoxlayın.

 

Siz xəbərlərdən imtina etdiniz.