“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən elan edilmiş tenderin qalibi müəyyən edildi

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən çoxmənzilli binaların tikintisi ilə əlaqədar elan edilmiş açıq tenderin qalibi müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 15,4 ha torpaq sahəsində çoxmənzilli binaların tikintisi ilə əlaqədar 2019-ci il 28 iyuntarixində keçirilmiş açıq tenderin nəticələrinə əsasən Lot-1 üzrə “Enerji qrup” MMC ilə “Elektrikquraşdırma” Müəssisəsi konsorsiumu, Lot-2 üzrə “19 saylı Tikinti Təmir İdarəsi” MMC ilə “İnşaat İstehsalat-Tikinti Quraşdırma İnşa” Müəssisəsi konsorsiumu və Lot-3 üzrə “19 saylı Tikinti Təmir İdarəsi” MMC ilə “İnşaat İstehsalat-Tikinti Quraşdırma İnşa” Müəssisəsi konsorsiumuqalib müəyyən edilmiş və müvafiq satınalma (podrat) müqavilələri bağlanmışdır.    

“MİDA” MMC

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2020
 

Zəhmət olmasa daxil etdiyiniz məlumatın düzgünlüyünü yoxlayın.

 

Siz xəbərlərdən imtina etdiniz.