“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti açıq tenderə dəvət edir

Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin tikinti layihəsinin hazırlanması üzrə satınalmalarla əlaqədar açıq tender elan edir.

Tender 1 (bir) lot üzrə keçirilir:

Lot-1. Gəncə şəhərində Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin tikinti layihəsinin hazırlanması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşagıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, satınalma müqaviləsinin vaxtında yerinə yetirilməsi, podratçının ixtisas göstəricilərinin aidiyyəti işlər üzrə uyğunluğu, maliyyə və kadr imkanları, iş təcrübəsi.

Tender predmeti haqqında ətraflı məlumat tenderin əsas şərtlər toplusunda verilir.Maraqlananlar tenderin əsas şərtlər toplusunu (Azərbaycan dilində hazırlanmış) tenderdə iştirak etmək üçün yazılı müraciət etdikdən sonra aşağıda qeyd olunan hesaba Lot-1 üzrə 500 (beş yüz) manat məbləğində iştirak haqqı ödəməklə Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 85Z (əlaqələndirici şəxs: Abdullayev Fariz Famil oğlu, Telefon: (+99412) 594-54-01, daxili 237. Email: fariz.abdullayev@mida.gov.az) ünvanından ala bilərlər.

Vöen:1701953921

H/h:AZ18AIIB38030019440029636102

Bank:Kapital Bank ASC, Mərkəz filialı.

Ünvan:Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 71.       

Vöen:9900003611

M/h:AZ37NABZ01350100000000001944

Filialın kodu:200026

Swift:AIIBAZ2X

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Podratçılar iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər. 

  1. Tenderdə iştirak etmək üçün ərizə;
  2. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
  3. Tender təklifi (tender təklifləri zərflərinin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı-bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır).
  5. İddiaçı haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;

- İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- İddiaçının son 3 (üç) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- İddiaçının ixtisas göstəricilərinə dair məlumatlar (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim olunmalıdır);

- İddiaçının son 5 (beş) ildə analoji iş üzrə təcrübəsinin olması haqqında məlumat;

- Digər sənədlər: xarici şirkətlər iştirak etdikdə onların Azərbaycanda nümayəndəliyinin olmasını təsdiq edən sənədlər.

İddiaçılar 1, 2 və 5-ci bəndlərdə qeyd olunan sənədləri 16 sentyabr 2019-cui il, saat 17:00-a qədər tender komissiyasına təqdim etməlidirlər. Həmin sənədlərdən hər hansı birini təqdim etməyən və ya ixtisas göstəricilərinə dair tələblərə uyğun olmayan iddiaçının tender təklifi qəbul olunmur.

İddiaçılar öz tender təkliflərini (imzalanmış, möhürlənmiş, ikiqat bağlama zərfdə) 24 sentyabr 2019-cu il, saat 17:00-a qədər yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər. Göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifləri zərfləri 25 sentyabr 2019-cu il tarixində saat 15:00-da “MİDA” MMC-də açılacaqdır.

 

Tender komissiyası

 

 

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2020
 

Zəhmət olmasa daxil etdiyiniz məlumatın düzgünlüyünü yoxlayın.

 

Siz xəbərlərdən imtina etdiniz.