Hövsan qəsəbəsinin qərb hissəsində 20 ha ərazidə çoxmənzilli yaşayış kompleksinin sayğaclaşdırılması ilə əlaqədar keçirilmiş açıq tenderin qalibləri bəlli oldu.
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 20 ha ərazidə inşa olunan yaşayış kompleksinin sayğaclaşdırılması ilə əlaqədar satınalmalar üzrə 2019-cu il 04 iyun tarixində keçirilmiş açıq tenderin nəticələrinə əsasən Lot-1 üzrə “Bakelektro” ASC,Lot-2 üzrə “RF İnşaat” MMC ilə “Xəzər İnşaat E” MMC konsorsiumuvə Lot-3 üzrə “Qaz Oil Building” MMC qalib müəyyən edilmiş və müvafiq satınalma müqavilələri bağlanmışdır.
“MİDA” MMC