Yasamal Yaşayış Kompleksinin tikintisi üzrə satınalmalarla əlaqədar elan edilmiş açıq tenderin qalibləri müəyyən edilmişdir

Yaşayış kompleksinin tikintisi üzrə satınalmalarla əlaqədar elan edilmiş açıq tenderin nəticələri məlum oldu.

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində xaricidairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yaşayış kompleksinin tikintisi ilə əlaqədar 24 yanvar 2017-ci il tarixində 3 lot üzrə keçirilmiş açıq tenderin nəticələrinə əsasən Lot-1 üzrə “NN Group” MMC, Lot-2 üzrə “Hünər-İnşaat” Firması və Lot-3 üzrə “11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC qalib müəyyən edilmiş və müvafiq satınalma müqavilələri imzalanmışdır.

“MİDA” MMC

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2020
 

Zəhmət olmasa daxil etdiyiniz məlumatın düzgünlüyünü yoxlayın.

 

Siz xəbərlərdən imtina etdiniz.