“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti sosial sorğunun təşkili və keçirilməsi üzrə xidmətlərin satın alınması ilə bağlı kotirovkalar sorğusu keçirir

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti “Bakı şəhərində məktəb müəllimlərinin ev şəraitləri və yeni mənzil əldə etmək üçün tələbat və imkanlarının öyrənilməsi” mövzusunda sosial sorğunun (tədqiqatın) təşkili və keçirilməsi üzrə xidmətlərin satın alınmasını kotirovkalar sorğusu üsulu ilə həyata keçirir.

Maraqlananlar (+99412) 436-38-35 (237) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 05 avqust 2016-cı il saat 17:00-dək qəbul olunur.

1.Tədqiqatın məqsədi.

Bakı şəhərində məktəb müəllimlərinin ev şəraitləri vəyeni mənzil əldə etmək üçün tələbat və imkanlarının öyrənilməsi. Bu məqsədə nail olmaq üçün Bakı şəhərində çalışan məktəb müəllimləri ilə reprezentativ, təsəddüfi seçim üzrə sorğu keçirilməlidir. Seçimin miqdarı 2500 respondent olmalıdır.

2.İcraçı aşağıdakı fəaliyyətləri həyata keçirəcək.

-Sorğu anketi tərtib edib 10-15 məktəb müəllimləri ilə pilot (pretest) müsahibələri aparılması;

-Seçim tərtib edilməsi;

-Bakı şəhərinin ümumtəhsil məktəblərinnin 2500 müəllimi ilə müsahibələrin keçirilməsinin təşkil olunması;  

-Müsahibələrin keyfiyyətinə nəzarət olunması; 

-Doldurulmuş və yoxlanılmış sorğu anketlərini kompyuter proqramında tərtib olunmuş bazaya daxil edilməsi; 

-Sorğunun nəticələrini təhlil edib tədqiqat üzrə hesabatın tərtib edilməsi.


3.Sifarişçiyə təqdim olunacaq materiallar.

-Tədqiqatın metodologiyası;

-Sorğu anketi;

-SPSS və ya STATA proqramında tərtib olunmuş elektron baza;

-Sorğunun nəticələrini işıqlandıran hesabat.

Göstərilən xidmətlər 2 ay müddətində həyata keçirilməlidir.

   

 

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2020
 

Zəhmət olmasa daxil etdiyiniz məlumatın düzgünlüyünü yoxlayın.

 

Siz xəbərlərdən imtina etdiniz.