“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən elan edilmiş tenderin qalibi müəyyən edildi

“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "Güzəştli mənzil" sistemi üçün proqram təminatlarının alınması ilə əlaqədar elan edilmiş tenderin qalibləri müəyyən olunmuşdur.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2019-cu il 17 yanvar tarixində keçirilmiş açıq tenderin nəticələrinə əsasən Lot-1 – “Güzəştli Mənzil” Sisteminin informasiya təhlükəsizliyi üzrə həllinin, texniki dəstək xidmətinin və tələb olunan proqram təminatlarının satın alınması üzrə “R.İ.S.K. Elmi-İstehsalat Şirkəti” QSC və Lot-2 – “Güzəştli Mənzil” Sisteminin verilənlər bazası üçün zəruri lisenziyaların satın alınmasıüzrə “Smart İT” MMC qalib müəyyən edilmiş və müvafiq satınalma müqavilələri bağlanmışdır.      

“MİDA” MMC

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2020
 

Zəhmət olmasa daxil etdiyiniz məlumatın düzgünlüyünü yoxlayın.

 

Siz xəbərlərdən imtina etdiniz.