“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 15,4 ha torpaq sahəsində çoxmənzilli binaların tikintisi ilə əlaqədar keçirilmiş açıq tenderin qalibləri bəlli oldu.
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 15,4 ha torpaq sahəsində çoxmənzilli binaların tikintisi ilə əlaqədar 2018-ci il 21 dekabr tarixində keçirilmiş açıq tenderin nəticələrinə əsasən Lot-1 üzrə “Torma” MMC ilə “NN Group” MMC konsorsiumu, Lot-2 üzrə “Chinar İnshaat” MMC ilə “Caspian Service” MMC konsorsiumu, Lot-3 üzrə “HN Construction” MMC, Lot-4 üzrə “NN Group” MMC, Lot-5 üzrə “HÜNƏR-İNŞAAT” Firması, Lot-6 üzrə “Faktor Group-S” MMC və Lot-7 üzrə “Körpü-Bina-Tikinti” MMC qalib müəyyən edilmiş və müvafiq satınalma (podrat) müqavilələri bağlanmışdır.
“MİDA” MMC