“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən elan edilmiş tenderin qalibi müəyyən edildi

Hövsan qəsəbəsinin qərb hissəsində 20 ha ərazidə çoxmənzilli yaşayış kompleksinin tikintisi ilə əlaqədar keçirilmiş açıq tenderin qalibləri bəlli oldu.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 20 ha ərazidə çoxmənzilli yaşayış kompleksinin tikintisi ilə əlaqədar 2018-ci il 06 dekabr tarixində keçirilmiş açıq tenderin nəticələrinə əsasən Lot-1 üzrə “Azinvest İnşaat” QSC ilə “Faktor Qrup-S” MMC konsorsiumu, Lot-2 üzrə “19 saylı Tikinti Təmir İdarəsi” MMC ilə “Caspian Plus-A” MMC konsorsiumu qalib müəyyən edilmiş və müvafiq satınalma (podrat) müqavilələri bağlanmışdır.      

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2020
 

Zəhmət olmasa daxil etdiyiniz məlumatın düzgünlüyünü yoxlayın.

 

Siz xəbərlərdən imtina etdiniz.