“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən elan edilmiş tenderin qalibi müəyyən edildi

Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 20 ha ərazidə çoxmənzilli yaşayış kompleksinin tikintisi ilə əlaqədar 2018-ci il 21 noyabr tarixində keçirilmiş açıq tenderin qalibləri müəyyən edildi.

Tenderin nəticələrinə əsasən Lot-1 üzrə “NN Group” MMC,Lot-2 üzrə “Hünər İnşaat” Firması, Lot-3 üzrə “Chinar İnshaat” MMC ilə “Caspian Service” MMC konsorsiumu, Lot-4 üzrə “Perlit” MMC və Lot-5 üzrə “HN Construction” MMC qalib müəyyən edilmiş və müvafiq satınalma (podrat) müqavilələri bağlanmışdır.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2020
 

Zəhmət olmasa daxil etdiyiniz məlumatın düzgünlüyünü yoxlayın.

 

Siz xəbərlərdən imtina etdiniz.