Yaşayış kompleksinin tikintisi üzrə satınalmalarla əlaqədar açıq tenderə dəvət

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal sahil hissəsi) yaşayış kompleksinin tikintisi üzrə satınalmalarla əlaqədar açıq tenderə dəvət edir.

Tender 3 lot üzrə keçirilir:

Lot-1 – 5 (beş) ədəd yaşayış binasının (qeyri-yaşayış sahələri ilə birlikdə) tikintisi;

Lot-2 – 4 (dörd) ədəd yaşayış binasının (qeyri-yaşayış sahələri ilə birlikdə) tikintisi;

Lot-3 – Ərazinin şaquli planlaşdırması, yollar, səkilər və istinad divarlarının tikintisi,  abadlıq və yaşıllaşdırma işləri.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, satınalma müqaviləsinin vaxtında yerinə yetirilməsi, podratçının ixtisas göstəricilərinin aidiyyəti işlər üzrə uyğunluğu, maliyyə və kadr imkanları, iş təcrübəsi.

Tender predmeti haqqında ətraflı məlumat tenderin əsas şərtlər toplusunda verilir. Maraqlananlar tenderin əsas şərtlər toplusunu (Azərbaycan dilində hazırlanmış) tenderdə iştirak etmək üçün yazılı müraciət etdikdən sonra aşağıda qeyd olunan hesaba Lot-1 üzrə     1000 (bir min) manat, Lot-2 üzrə 700 (yeddi yüz) manat, Lot-3 üzrə 500 (beş yüz) manat məbləğində iştirak haqqı ödəməklə Bakı şəhəri, Atatürk prospekti 57c (əlaqələndirici şəxs: Vəliyev Zahid Musa oğlu, Telefon: (+99412) 436-38-35 daxili 238) ünvanından ala bilərlər.

VÖEN: 1701953921

Kapital Bank ASC Mərkəzi filialı                         

Filialın kodu: 200026

VÖEN: 9900003611

SWİFT kod: AIIBAZ2X

M/h AZ37NABZ01350100000000001944

MİDA MMC

Hesab: AZ18AIIB38030019440029636102

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Podratçılar iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər.

  1. Tenderdə iştirak etmək üçün ərizə;
  2. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
  3. Tender təklifi (tender təklifləri zərflərinin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 2 (iki) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır).
  5. Podratçı haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

- Podratçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;

- Podratçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- Podratçının son 3 (üç) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- Podratçının ixtisas göstəricilərinə dair məlumatlar (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim olunmalıdır);

- Digər sənədlər: xarici şirkətlər iştirak etdikdə onların Azərbaycanda nümayəndəliyinin olmasını təsdiq edən sənədlər.

Podratçılar 1, 2 və 5-ci bəndlərdə qeyd olunan sənədləri 12 yanvar 2017-ci il tarixə kimi Tender komissiyasına təqdim etməlidirlər. Podratçılar öz tender təkliflərini (imzalanmış, möhürlənmiş, ikiqat bağlama zərfdə) 23 yanvar 2017-ci il, saat 17.00-a qədər yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər. Göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifləri zərfləri 24 yanvar 2017-ci il tarixində saat 11.00-da “MİDA” MMC-də açılacaqdır.

Tender komissiyası

 

 

 

 

 

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2020
 

Zəhmət olmasa daxil etdiyiniz məlumatın düzgünlüyünü yoxlayın.

 

Siz xəbərlərdən imtina etdiniz.