“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti açıq tenderə dəvət edir

“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 20 ha ərazidə çoxmənzilli yaşayış kompleksinin tikintisi üzrə satınalmalarla əlaqədar açıq tender elan edir.

Tender 5 lot üzrə keçirilir:

Lot-1 - 7 nömrəli, 7 mərtəbəli binanın 1-ci, 2-ci və 3-cü seksiyalarının tikintisi;

Lot-2 - 7 nömrəli, 7 mərtəbəli binanın 4-cü və 5-ci seksiyalarının tikintisi;

Lot-3 – 8 və 9 nömrəli, 10 mərtəbəli yaşayış binalarının və 13 nömrəli, 90 yerlik uşaq bağçasının tikintisi;

Lot-4 – 10 və 11 nömrəli, 10 mərtəbəli yaşayış binalarının və 14 nömrəli, 90 yerlik uşaq bağçasının tikintisi;

Lot-5 – 1920 şagird yerlik məktəb binasının tikintisi və avadanlıqlarla tam təchiz edilməsi.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, satınalma müqaviləsinin vaxtında yerinə yetirilməsi, podratçının ixtisas göstəricilərinin aidiyyəti işlər üzrə uyğunluğu, analoji işlər üzrə təcrübəsi, texniki, maliyyə və kadr imkanları.

Tender predmeti haqqında ətraflı məlumat tenderin əsas şərtlər toplusunda verilir. Maraqlananlar tenderin əsas şərtlər toplusunu (Azərbaycan dilində hazırlanmış) tenderdə iştirak etmək üçün yazılı müraciət edib qeydiyyata alındıqdan sonra aşağıdakı hesaba hər bir lot üzrə qeyd olunan məbləğdə iştirak haqqı ödəməklə Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 85Z ünvanından (əlaqələndirici şəxs: Vəliyev Zahid Musa oğlu, telefon: (+99412) 436-38-35 daxili 238) ala bilərlər.

VÖEN: 1701953921

“Kapital Bank” ASC-nin Mərkəzi filialı                              

Filialın kodu: 200026

VÖEN: 9900003611

SWİFT kod: AIIBAZ2X

M/h AZ37NABZ01350100000000001944

“MİDA” MMC

Hesab: AZ18AIIB38030019440029636102

Lot-1 - 900 manat;

Lot-2 - 700 manat;

Lot-3 - 700 manat;

Lot-4 - 700 manat;

Lot-5 - 900 manat.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Podratçılar iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər.

  1. Tenderdə iştirak etmək üçün ərizə;
  2. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
  3. Tender təklifi (tender təklifi zərflərinin açıldığı gündən sonra azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifinin ümumi qiymətinin 2 (iki) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır);
  5. İddiaçı haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- İddiaçının inşa etdiyi analoji tikililər barədə istismara qəbul Dövlət Aktının surətini və ya inşasını davam etdirdiyi analoji işlər üzrə bağlanmış müqavilənin təsdiq olunmuş surətinitəqdim etməlidir;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;

- İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- İddiaçının son 3 (üç) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- İddiaçının ixtisas göstəricilərinə dair məlumatlar (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim olunmalıdır);

- Digər sənədlər: tenderdə xarici şirkətlər iştirak etdikdə onların Azərbaycanda nümayəndəliyinin olmasını təsdiq edən sənədlər.

İddiaçılar 1, 2 və 5-ci bəndlərdə qeyd olunan sənədləri 2018-ci il 12 noyabr tarixinə kimi Tender komissiyasına təqdim etməlidirlər. Həmin sənədlərdən hər hansı birini təqdim etməyən və ya ixtisas göstəricilərinə dair tələblərə uyğun olmayan iddiaçının tender təklifi qəbul olunmur.

İddiaçılar öz tender təkliflərini (imzalanmış, möhürlənmiş, ikiqat bağlama zərfdə) 2018-ci il 20 noyabr saat 17:00-a qədər yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər. Göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifi zərfləri 2018-ci il 21 noyabr tarixində saat 15:00-da “MİDA” MMC-də açılacaqdır.

 

Tender komissiyası

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2020
 

Zəhmət olmasa daxil etdiyiniz məlumatın düzgünlüyünü yoxlayın.

 

Siz xəbərlərdən imtina etdiniz.