“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 20 ha ərazidə çoxmənzilli yaşayış kompleksinin tikintisi ilə əlaqədar 2018-ci il 15 və 30 may tarixlərində keçirilmiş açıq tenderin qalibləri müəyyən edildi.
Tenderin nəticələrinə əsasən Lot-1 üzrə “11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC, Lot-2 üzrə “Enerji qrup” MMC və “Elektrikquraşdırma” Müəssisəsi konsorsiumu, Lot-3 üzrə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və Lot-4 üzrə “QAZ OİL BUİLDİNG” MMC qalib müəyyən edilmiş və müvafiq satınalma (podrat) müqavilələri bağlanmışdır.