“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən elan edilmiş açıq tenderin başlanması vaxtı uzadıldı

“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən elan edilmiş açıq tenderin başlanması vaxtı uzadıldı.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 20 ha ərazidə çoxmənzilli yaşayış kompleksinin tikintisi ilə əlaqədar Lot-2 – Sahədaxili və sahəxarici elektrik enerjisi təminatı və işıqlandırma, Lot-3 – Sahədaxili və sahəxarici su-kanalizasiya təminatı və Lot-4 – Sahədaxili və sahəxarici qaz təminatı üzrə “Respublika” qəzetinin 2018-ci il 31 mart və 17 aprel tarixli buraxılışlarında elan edilmiş açıq tenderin başlanması vaxtı uzadılaraq 2018-ci il 30 may saat 15:00-a təyin edilmişdir. Bununla bağlı tender təkliflərinin təqdim olunmasının son müddəti 2018-ci il 29 may saat 17:00-dır.

 

 

 

 

 

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2020
 

Zəhmət olmasa daxil etdiyiniz məlumatın düzgünlüyünü yoxlayın.

 

Siz xəbərlərdən imtina etdiniz.