“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən elan edilmiş açıq tenderin başlanması vaxtı uzadıldı

Hövsan qəsəbəsinin qərb hissəsində 20 ha ərazidə çoxmənzilli yaşayış kompleksinin tikintisi ilə əlaqədar elan edilmiş açıq tenderin başlanması vaxtı uzadıldı.

 Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 20 ha ərazidə çoxmənzilli yaşayış kompleksinin tikintisi ilə əlaqədar Lot-1 – 2 nömrəli, 7 mərtəbəli, 5 seksiyalı yaşayış binasının tikintisi üzrə “Respublika” qəzetinin 2018-ci il 13 və 30 yanvar tarixli buraxılışlarında elan edilmiş açıq tenderin başlanması vaxtı uzadılaraq 2018-ci il 06 mart saat 11:00-a təyin edilmişdir. Bununla bağlı tenderdə iştirak etmək üçün müvafiq sənədlər (tender təklifi və təklifin təminatı istisna olmaqla) 2018-ci il 21 fevral saat 17:00-dək qəbul olunacaqdır. Tender təkliflərinin təqdim olunmasının son müddəti 2018-ci il 05 mart saat 17:00-dır.

Tender komissiyası

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2020
 

Zəhmət olmasa daxil etdiyiniz məlumatın düzgünlüyünü yoxlayın.

 

Siz xəbərlərdən imtina etdiniz.