“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti açıq tenderə dəvət edir

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti açıq tender elan edir.

Tender 1 lot üzrə keçirilir:

Lot-1 – Kombilərin (24 kW) alınıb quraşdırılması.

Texniki xüsusiyyətləri: nominal istilik gücü – 26 kW, nominal istilik qabiliyyəti – 23-24 kW, istillik siteminin işlək təzyiqinin civarı 30-80 °C, Esenjor sayı – 2– (su və istilik sisteminin müstəqil istifadəsi), su təzyiqinin sensoru, su temperaturunun sensoru, külək təzyiqinin sensoru, elektron nəzarət platası, △t=25°C, 25° С-də isti su emalı – 13 L/dəq, △t=30°C, 30° С-də isti su emalı – 10.8 L/dəq, elektirik cərəyanı – 220-230/50 V/Hz, maksimum elektrik enerjisi – 110 W, suya qarşı müdafiə və təhlükəsizlik (beynəlxalq standart) – IPX4, təbii qazın təzyiqi – 2000 Pa.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat zərfdə, yazılı surətdə təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, iddiaçının maliyyə və texniki imkanları, istehsalçı və ya onun rəsmi distribütoru olması, anoloji müqavilələrin icrasına dair təcrübəsi, istismara verilən zəmanət müddəti və texniki xidmətlərin göstərilməsi imkanları. 

Tenderin predmeti haqqında ətraflı məlumat tenderin əsas şərtlər toplusunda verilir. Maraqlananlar tenderin əsas şərtlər toplusunu (Azərbaycan dilində) tenderdə iştirak etmək üçün yazılı müraciət etdikdən sonra aşağıda qeyd olunan hesaba 500 (beş yüz) manat məbləğində iştirak haqqı ödəməklə Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 85Z (əlaqələndirici şəxs: Vəliyev Zahid Musa oğlu, telefon: (+99412) 436-38-35 daxili 238) ünvanından ala bilərlər.

VÖEN: 1701953921

"Kapital Bank" ASC-nin Mərkəz filialı                                 

Filialın kodu: 200026

VÖEN: 9900003611

SWİFT kod: AIIBAZ2X

M/h AZ37NABZ01350100000000001944

“MİDA” MMC

Hesab: AZ18AIIB38030019440029636102

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Malgöndərənlər iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün ərizə;
  2. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
  3. Tender təklifi (tender təklifləri zərflərinin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı – bank zəmanəti (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).
  5. Malgöndərənlər haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

- Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;

- Malgöndərənin (podratçının) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı;

- Malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim olunmalıdır).

Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə) –, habelə Tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər. 

Malgöndərənlər 1, 2 və 5-ci bəndlərdə qeyd olunan sənədləri 17 noyabr 2017-ci il tarixinədək Tender komissiyasına təqdim etməlidirlər. Malgöndərənlər öz tender təkliflərini (imzalanmış, möhürlənmiş, ikiqat bağlama zərfdə) 27 noyabr 2017-ci il, saat 17.00-a qədər yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər. Göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifləri zərfləri 28 noyabr 2017-ci il tarixində saat 11.00-da “MİDA” MMC-də açılacaqdır.

 

Tender komissiyası

 

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2020
 

Zəhmət olmasa daxil etdiyiniz məlumatın düzgünlüyünü yoxlayın.

 

Siz xəbərlərdən imtina etdiniz.