“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti açıq tenderə dəvət edir

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti açıq tender elan edir.

Tender 1 lot üzrə keçirilir:

Lot-1 – Bakı şəhəri, Yasamal rayonu, xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi, 15,4 hektar torpaq sahəsində) çoxmənzilli yaşayış massivinin tikintisi üçün ərazinin təmizlənməsi, doldurulması, kipləşdirilməsi, hamarlanması və tikintiyə hazırlanması işlərinin satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, satınalma müqaviləsinin vaxtında yerinə yetirilməsi, podratçının ixtisas göstəricilərinin aidiyyəti işlər üzrə uyğunluğu, analoji işlər üzrə təcrübəsi, texniki, maliyyə və kadr imkanları.

Tenderin predmeti haqqında ətraflı məlumat tenderin əsas şərtlər toplusunda verilir. Maraqlananlar tenderin əsas şərtlər toplusunu (Azərbaycan dilində) tenderdə iştirak etmək üçün yazılı müraciət etdikdən sonra aşağıda qeyd olunan hesaba 500 (beş yüz) manat məbləğində iştirak haqqı ödəməklə Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 85Z (əlaqələndirici şəxs: Vəliyev Zahid Musa oğlu, telefon: (+99412) 436-38-35 daxili 238) ünvanından ala bilərlər.

VÖEN: 1701953921

“Kapital Bank” ASC-nin Mərkəzi filialı                              

Filialın kodu: 200026

VÖEN: 9900003611

SWİFT kod: AIIBAZ2X

M/h AZ37NABZ01350100000000001944

“MİDA” MMC

Hesab: AZ18AIIB38030019440029636102

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Podratçılar iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər.

  1. Tenderdə iştirak etmək üçün ərizə;
  2. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
  3. Tender təklifi (tender təklifləri zərflərinin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifinin ümumi qiymətinin 2 (iki) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (tender təklifləri zərflərinin açıldığı gündən sonra azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);
  5. İddiaçı haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- İddiaçının  analoji işlər üzrə icra etdiyi müqavilələrin surəti;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanlarından arayışlar;

- İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- İddiaçının son 3 (üç) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- İddiaçının ixtisas göstəricilərinə dair məlumatlar (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim olunmalıdır);

- Digər sənədlər: tenderdə xarici şirkətlər iştirak etdikdə onların Azərbaycanda nümayəndəliyinin olmasını təsdiq edən sənədlər.

İddiaçılar 1, 2 və 5-ci bəndlərdə qeyd olunan sənədləri 21 noyabr 2017-ci il tarixinədək Tender komissiyasına təqdim etməlidirlər. Həmin sənədlərdən hər hansı birini təqdim etməyən və ya ixtisas göstəricilərinə dair tələblərə uyğun olmayan iddiaçının tender təklifi qəbul olunmur.

İddiaçılar öz tender təkliflərini (imzalanmış, möhürlənmiş, ikiqat bağlama zərfdə) 30 noyabr 2017-ci il, saat 17.00-a qədər yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər. Göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifi zərfləri 01 dekabr 2017-ci il tarixində saat 11.00-da “MİDA” MMC-də açılacaqdır.

 

Tender komissiyası

 

 

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2020
 

Zəhmət olmasa daxil etdiyiniz məlumatın düzgünlüyünü yoxlayın.

 

Siz xəbərlərdən imtina etdiniz.