Yasamal Yaşayış Kompleksinin tikintisi ilə əlaqədar keçirilmiş açıq tenderin qalibləri müəyyən olundu

Yasamal Yaşayış Kompleksinin tikintisi ilə əlaqədar 2 lot üzrə keçirilmiş açıq tenderin qalibləri müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində xaricidairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yaşayış kompleksinin tikintisi ilə əlaqədar 21 iyun 2017-ci il tarixində 2 lot üzrə keçirilmiş açıq tenderin nəticələrinə əsasən Lot-1 üzrə “Merkuri-İnşaat” MMC (“Conco” MMC ilə konsorsium) və Lot-2 üzrə “Qaz Oil Building” MMC qalib müəyyən edilmiş və müvafiq satınalma müqavilələri bağlanmışdır.      

 

“MİDA” MMC

 

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2020
 

Zəhmət olmasa daxil etdiyiniz məlumatın düzgünlüyünü yoxlayın.

 

Siz xəbərlərdən imtina etdiniz.