Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti yaşayış komplekslərində istismar olunan sərnişin liftləri üçün ehtiyyat hissələrinin alınması üzrə elektron satınalma vasitəsilə açıq tender elan edir.
Tender 1 lot üzrə keçirilir:
Lot-1 - Yaşayış komplekslərində istismar olunan sərnişin liftləri üçün ehtiyyat hissələrinin satınalınması
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini imzalanmış və möhürlənmiş surətdə portalda yerləşdirsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, satınalma müqaviləsinin vaxtında yerinə yetirilməsi, podratçının ixtisas göstəricilərinin aidiyyəti işlər üzrə uyğunluğu, analoji işlər üzrə təcrübəsi, texniki, maliyyə və kadr imkanları.
Tender predmeti haqqında ətraflı məlumat tenderin əsas şərtlər toplusunda verilir. Maraqlananlar tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalından əldə edə bilərlər.
Əlaqələndirici şəxs: Mahmudova Nərmin Hüseynağa qızı, telefon: (+99412) 594-54-01, daxili 252, email: narmin.mahmudova@mida.gov.az
Podratçılar iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada) portalda yerləşdirməlidirlər.
İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
İddiaçılar 1, 2 və 5-ci bəndlərdə qeyd olunan sənədləri 28 aprel 2022-ci il saat 12.00-a kimi portalda yerləşdirməlidirlər. Həmin sənədlərdən hər hansı birini təqdim etməyən və ya ixtisas göstəricilərinə dair tələblərə uyğun olmayan iddiaçının tender təklifi qəbul olunmur.
İddiaçılar öz tender təkliflərini (imzalanmış və möhürlənmiş) 11 may 2022-ci il saat 12.00-a qədər portalda yerləşdirməlidirlər. Tender təklifi zərfləri 12 may 2022-ci il tarixində saat 12.00-da dövlət satınalmalarının vahid internet portalında açılacaqdır.