“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti açıq tenderə dəvət edir

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsində çoxmənzilli binaların tikinti layihəsinin hazırlanması üzrə satınalmalarla əlaqədar elektron açıq tender elan edir.

 Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet portalına (PORTAL) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini PORTAL vasitəsi ilə təqdim edə bilərlər.

 İştirak haqqı: 300 (üç yüz) manat

 Tenderdə iştirak haqqının ödənilməsi üçün bank rekvizitləri:

Emitent: “MİDA” MMC

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 85z.

Vöen: 1701953921

H/h: AZ18AIIB38030019440029636102

Bank: “Kapital Bank” ASC, Mərkəz filialı.

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 71.         

Vöen: 9900003611

M/h: AZ37NABZ01350100000000001944

Filialın kodu: 200026

Swift: AIIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları PORTAL vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 20 avqust 2021-ci il saat 12:00-a qədər və tender təklifi ilə bank təminatını 30 avqust 2021-ci il saat 12:00-a qədər PORTAL vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 31 avqust 2021-ci il saat 12:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə PORTAL vasitəsi ilə tanış ola bilərlər.

Qeyd:Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

 

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2021
 

Zəhmət olmasa daxil etdiyiniz məlumatın düzgünlüyünü yoxlayın.

 

Siz xəbərlərdən imtina etdiniz.