“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti müsabiqə elan edir

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt şəhəri, 41-ci məhəllədə 0,76 ha torpaq sahəsində tikintisi başa çatmaq üzrə olan çoxmənzilli yaşayış binalarının, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə inşa olunan yaşayış komplekslərinin rabitə, televiziya və internet xətlərinin çəkilməsi və bu xidmətlərin təşkil olunması üçün investorları cəlb etmək məqsədilə müsabiqə elan edir.

Maraqlananlar +99412 594-54-01 (daxili 238) telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər.

Müsabiqədə iştirak etmək üçün aşağıda qeyd edilən hesaba 300 (üç yüz) manat iştirak haqqı ödəməklə müsabiqə şərtlərini 14 iyun 2021-ci il saat 17:00-dək, Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 85Z ünvanında əldə etmək olar.

VÖEN: 1701953921

“Kapital Bank” ASC-nin Mərkəzi filialı                                

Filialın kodu: 200026

VÖEN: 9900003611

SWİFT kod: AIIBAZ2X

M/h AZ37NABZ01350100000000001944

“MİDA” MMC

Hesab: AZ18AIIB38030019440029636102

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Təkliflər 25 iyun 2021-ci il saat 17.00-dək qəbul olunur.

 

Müsabiqə Komissiyası

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2021
 

Zəhmət olmasa daxil etdiyiniz məlumatın düzgünlüyünü yoxlayın.

 

Siz xəbərlərdən imtina etdiniz.