Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin ali idarəetmə orqanı onun iştirakçılarının ümumi yığıncağıdır.
Azərbaycan Respublikası Prezidentinin 11.04.2016-cı il tarixli 858 nömrəli Fərmanına əsasən “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinə həvalə edilmişdir.