Cəbrayıl Yaşayış Kompleksi

Cəbrayıl şəhərində tikiləcək Cəbrayıl Yaşayış Kompleksinin ümumi sahəsi 7,87 hektar təşkil edəcək.

  

Yaşayış Kompleksi 7 beşmərtəbəli və 26 dördmərtəbəli olmaqla 33 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 712 mənzil olacaq ki, onlardan 8-nin birotaqlı, 136-nın ikiotaqlı, 8-nin ikiotaqlı studio tipli, 392-nin üçotaqlı, 168-nin isə dördotaqlı olması nəzərdə tutulur. Birotaqlı mənzillərin sahəsi 45-50 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 55-90 kvadratmetr, ikiotaqlı studio tipli mənzillərin sahəsi 98-100 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 90-108 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 110-120 kvadratmetr təşkil edəcək.

       

Bütün mənzillər tam təmirli mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş vəziyyətdə və mərkəzləşdirilmiş qazanxana vasitəsilə istiliklə təmin olunacaq.

Kompleks 6 kvartaldan ibarət olacaq. Ərazidə sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, o cümlədən istirahət guşələri, uşaq əyləncə və idman meydançaları istifadəyə veriləcək.

   

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2023
Fon rəngi

Mətn ölçüsü


Mətn boşluğu


Xətt hündürlüyü