Sumqayıt Yaşayış Kompleksi

Mənzil İnşaatı Dövlət Agentliyinin regionda növbəti layihəsi – Sumqayıt yaşayış kompleksi M.Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində yerləşir. Yaşayış kompleksinin ümumi sahəsi 2 hektar təşkil edir.

       

3 sentyabr 2021-ci il tarixində yaşayış kompleksinin təməli qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təməlqoyma mərasimində iştirak edib.

Yaşayış Kompleksi 6 doqquzmərtəbəli, 4 onikimərtəbəli və 1 onbeşmərtəbəli olmaqla 11 binadan ibarətdir. Bu binalarda ümumilikdə 461 mənzil olacaq ki, onlardan 13-nün studio tipli, 113-nün ikiotaqlı, 279-nun üçotaqlı, 56-nın dördotaqlı olması nəzərdə tutulur.

Studio tipli mənzillərin sahəsi 50.03 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 59.17 – 61,00 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 78.10 – 82.13 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi 105.6 - 109.4 kvadratmetr təşkil edəcək.

  

Bütün mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif olunacaq.

Yaşayış binaları ilə yanaşı ərazidə sosial-məişət obyektlərinin, uşaq oyun meydançalarının, 90 yerlik 2 mərtəbəli bir uşaq bağçasının istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

  

    

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2022
Fon rəngi

Mətn ölçüsü


Mətn boşluğu


Xətt hündürlüyü