Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində yerləşir. Yaşayış kompleksinin ümumi sahəsi 18.81 hektar təşkil edir.
Yaşayış Kompleksi 36 doqquzmərtəbəli və 24 onikimərtəbəli olmaqla 60 binadan ibarətdir. Bu binalarda ümumilikdə 2950 mənzil olacaq ki, onlardan 192-nin studio tipli, 414-nün ikiotaqlı, 1722-nin üçotaqlı, 606-nın dördotaqlı, 16-nın isə beşotaqlı olması nəzərdə tutulur. Studio tipli mənzillərin sahəsi təqribən 39,30 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi təqribən 54,50 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi təqribən 74,73 – 77,00 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi təqribən 99,13 - 114,70 kvadratmetr, beşotaqlı mənzillərin sahəsi təqribən 157,14 kvadratmetr təşkil edəcək.
Bütün mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif olunacaq.
Yaşayış binaları ilə yanaşı ərazidə sosial-məişət obyektlərinin, uşaq oyun meydançalarının, 2 mərtəbəli 240 yerlik bir uşaq bağçasının, 3 mərtəbəli 1920 şagird yerlik bir orta təhsil məktəbinin istifadəyə verilməsi nəzərdə tutulmuşdur.