Sumqayıt şəhərində inşa olunan güzəştli mənzillər

Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşir. Layihənin reallaşdırıldığı ərazinin ümumi sahəsi 0.76 hektar təşkil edir.

Sumqayıt şəhərində inşa edilən layihə 2 ədəd doqquzmərtəbəli 2 bloklu yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 144 mənzil olacaq ki, onlardan 18-i birotaqlı, 18-i studio tipli, 72-si ikiotaqlı, 36-sı isə üçotaqlıdır. Birotaqlı mənzillərin sahəsi təqribən 35 kvadratmetr, studio tipli mənzillərin sahəsi təqribən 35 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi təqribən 56 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi təqribən 74 kvadratmetr təşkil edəcək. Vətəndaşlara güzəştli şərtlərlə təklif ediləcək bütün mənzillər tam təmirli olacaq, həmçinin mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin ediləcək.

Ərazidə çoxmənzilli yaşayış binalarının tikintisi ilə yanaşı, mühəndis-kommunikasiya sistemi qurulacaq, yaşıllaşdırma və abadlıq işləri həyata keçiriləcək, həmçinin futbol meydançası istifadəyə veriləcək.

Ümumilikdə bütün işlərin 2020-ci ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur. 

  

 

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2020