Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi

Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi - Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında, Qanlı Gölün şimal hissəsində yerləşir. Yaşayış Kompleksinin ümumi sahəsi 15,4 hektar təşkil edir.

 

Yeni Yaşayış Kompleksi 22 doqquzmərtəbəli və 18 onikimərtəbəli olmaqla 40 binadan ibarətdir. Bu binalarda ümumilikdə 2202 mənzil olacaq ki, onlardan 160-nın birotaqlı, 114-nün studio tipli, 674-nün ikiotaqlı, 1128-nin üçotaqlı, 126-nın isə dördotaqlı olması nəzərdə tutulur. Mənzillərin sahəsi 33-96 m2 təşkil edəcək. Bütün mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif olunacaq.

Yaşayış binaları ilə yanaşı ərazidə sosial-məişət obyektlərinin, uşaq oyun meydançalarının, 1 mərtəbəli 350 (100,125,125) yerlik üç uşaq bağçasının, 3 mərtəbəli 1200 şagird yerlik orta təhsil məktəbinin istifadəyə verilməsi nəzərdə tutulmuşdur.  Ərazidə 2200 sayda avtomobilin park edilməsi üçün açıq tipli dayanacaq nəzərdə tutulmuşdur.

Şəhərin ekoloji cəhətdən təmiz və əlverişli hissəsində, iş yeri mərkəzlərinə yaxın ərazidə yerləşən Kompleksdə sakinlərin rahatlığının təmin edilməsi məqsədilə ərazinin nəqliyyat infrastrukturunun yenilənməsi və imkanlarının genişləndirilməsi planlaşdırılır.

      

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2023
Fon rəngi

Mətn ölçüsü


Mətn boşluğu


Xətt hündürlüyü