Güzəştli mənzil əldə etmək istəyən vətəndaşların nəzərinə!23/09/2022, 17:44

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 815 mənzilin 15.09.2022-ci il tarixi saat saat 11:00-da güzəştlə satışı prosesi başlamamışdan öncə “Güzəştli mənzil” sisteminə girişi təmin edən “Elektron Hökumətin İnkişafı Mərkəzi”nin nəzdində fəaliyyət göstərən ASAN Login vahid giriş sisteminə iri həcmli kiberhücumun olması ilə əlaqədar mənzillərin seçimi təxirə salınmışdır.

Mənzillərin seçimi prosesi 24.09.2022-ci il tarixində saat 15:00-da başlayacaq və 01 oktyabr 2022-ci il tarixi saat 15:00-dək davam edəcəkdir.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 28 sentyabr 2022-ci il tarixində saat 15:00-da başlayacaq və 01 oktyabr 2022-ci il tarixi saat 15:00-dək davam edəcəkdir.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2022
Fon rəngi

Mətn ölçüsü


Mətn boşluğu


Xətt hündürlüyü