Mənzil İnşaatı Dövlət Agentliyi və YAP Nəsimi Rayon Təşkilatının 20 Yanvar - Ümumxalq Hüzn Gününün 32-ci ildönümünə həsr olunmuş birgə tədbiri keçirilmişdir19/01/2022, 15:56

1990-cı ilin 20 yanvarında keçmiş SSRİ rəhbərliyinin tapşırığı və ermənipərəst Sovet Ordusu ölkəmizdə öz azadlığı və müstəqilliyi uğrunda uğrunda mübarizə aparan mülki və dinc insanlara qarşı amansızcasına cinayət hadisəsi törətmişdir.

Buna baxmayaraq əli silahsız, amma vətənpərvər soydaşlarımız Bakıya yeridilmiş qoşunun qarşısında çəkilməmişdir. Hər il xalqımız bu qəhramanlıq tarixini yüksək səviyyədə qeyd edir, faciənin qurbanlarını hörmət və ehtiramla yad edir .1990-cı il 20 Yanvar günü Azərbaycan xalqının bütün dünyaya qəhrəmanlığını, rəşadətini göstərdiyi gündür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi məsələlərini daim diqqət mərkəzində saxlayır.

18 yanvar 2022-ci il tarixində Mənzil İnşaatı Dövlət Agentliyi YAP Nəsimi Rayon Təşkilatı ilə birgə 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə rayon ərazisində yaşayan 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərlə görüş keçirib.

 

Tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri, Mənzil İnşaatı Dövlət Agentliyinin nümayəndələri, 20 Yanvar Cəmiyyətinin Nəsimi rayon şöbəsinin sədri, partiya fəalları, rayon ərazisində yaşayan 20 Yanvar şəhid ailələri və əlilləri iştirak edirdi.

Rayon təşkilatının inzibati binasında keçirilən tədbirin sonunda təşkilatçılar tərəfindən onlara müvafiq yardım edildi.

 

 

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2022
Fon rəngi

Mətn ölçüsü


Mətn boşluğu


Xətt hündürlüyü