Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən etik davranış məsələləri ilə bağlı aparılmış maarifləndirmə işlərinə dair məlumat16/12/2021, 14:44

Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2020-ci il tarixli 1859 nörməli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “2021-ci il ərzində də etik davranış məsələləri ilə bağlı maarifləndirmə işlərinin aparılması davam etdirilmişdir.

Bu sahədə həyata keçirilən maarifləndirmə tədbirləri çərçivəsində Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoq Platforması tərəfindən Agentliyin əməkdaşları üçün “Etik davranış qaydaları, prinsipləri və onlara əməl edilməsi” və “Korrupsiya hüquqpozmaları və bu hüquqpozmalara görə məsuliyyət” mövzularında təlimlər keçirilib. Təlimlərdə iştirakçılara etik davranış qaydaları, onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmlər, etik dilemmalar və onların həlli yolları, həmçinin korrupsiya anlayışı, korrupsiyaya qarşı mübarizə, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri barədə ətraflı məlumat verilib.

2021-ci ildə Agentlikdə işə yeni qəbul edilən əməkdaşların “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin işçilərinin etik davranış Qaydaları”nın tələbləri ilə tanışlığı təmin edilib. Yeni işçilərə vəzifələrinin icrası zamanı Agentliyin fəaliyyətinə və nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verilməməsinin, işin təşkilində şəffaflığın və səmərəliliyin artırılmasının, təmsil olunduqları müəssisəyə inam və etimadın yüksəldilməsinin vacibliyi qeyd olunub.

2021-ci il ərzində Agentliyin əməkdaşları tərəfindən etik davranış qaydalarının pozulması hallarına yol verilməyib və etik davranış qaydalarının pozulması ilə bağlı intizam tənbehi tədbiri tətbiq edilməyib.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2022
Fon rəngi

Mətn ölçüsü


Mətn boşluğu


Xətt hündürlüyü