Güzəştli mənzil əldə etmək istəyən vətəndaşların nəzərinə02/12/2021, 09:39

Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Gəncə Yaşayış Kompleksində yerləşən güzəştli mənzillərin satışı ilə əlaqədar olaraq 25.11.2021-ci il tarixində istifadəyə verilmiş “Güzəştli mənzil” sisteminin satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq (demo) versiyasından bu günədək 634 istifadəçi tərəfindən 1160 dəfə istifadə edilmişdir.

“Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən Elektron İmza (www.e-imza.az) və ya Asan İmza (www.asanimza.az) ilə öz elektron kabinetlərinə daxil olub, onlara təqdim edilmiş xüsusi keçid vasitəsilə satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq (demo) versiyasından istifadə edə bilərlər.

Bu xidmət istifadəçilərə həm satış, həm də gözləmə qaydasında mənzil seçimi proseslərinin bütün mərhələləri ilə yaxından tanış olmaq, elektron imza sertifikatlarından və texniki avadanlıqlarından istifadə bacarıqlarını təkmilləşdirmək imkanı yaradır.

Satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq versiyası 22 dekabr 2021-ci il tarixi saat 00:00-dək aktiv olacaq.

Qeyd edək ki, Gəncə Yaşayış Kompleksində yerləşən 188 mənzilin satışı 23 dekabr 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 30 dekabr 2021-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.

 Vətəndaşlar “108” Çağrı mərkəzinə zəng edərək və ya Bakı şəhərində yerləşən 1 saylı "ASAN Kommunal", 3 və 5 saylı "ASAN xidmət" mərkəzlərində, habelə Sumqayıt və Gəncə şəhərlərində yerləşən "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən "Güzəştli mənzil" pəncərələrinə yaxınlaşaraq xidmətlə bağlı bütün suallarına cavab tapa bilərlər.

 

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2022
Fon rəngi

Mətn ölçüsü


Mətn boşluğu


Xətt hündürlüyü