Mənzil İnşaatı Dövlət Agentliyində Zəfər Gününə həsr olunmuş tədbir keçirildi05/11/2021, 16:58

5 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında Zəfər Günü münasibətilə tədbir keçirildi.

Tədbirdə çıxış edən Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov möhtəşəm qələbənin ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Bildirdi ki, Azərbaycan xalqı dövlətçilik və qəhrəmanlıq tariximizin qürurlu bir səhifəsinə çevrilmiş 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərin ildönümünü qeyd edir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın erməni əsarətində olan doğma torpaqlarımızı azad edərək düşmən üzərində parlaq qələbə qazandı və şanlı tariximizin ən şərəfli səhifəsini yazdı. 

 

Sadiq Sadıqov qeyd etdi ki, məhz Ali Baş Komandanın müdrik siyasəti, sarsılmaz iradəsi, əzmkarlığı və qətiyyəti sayəsində qəhrəman Azərbaycan Ordusu düşməni “Dəmir yumruq” əməliyyatı ilə sarsıtdı, ölkəmizin ərazi bütövlüyünü təmin etdi və şanlı Zəfərə nail oldu. Ötən il noyabrın 8-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Qarabağın incisi sayılan Şuşa şəhərinin işğaldan azad edilməsi ilə bağlı xəbəri verərək xalqımıza sevinc, qürur hisslərini bəxş etdi.

Bu gün şanlı üçrəngli bayrağımız işğaldan azad olunmuş doğma torpaqlarımızda qürurla dalğalanır. Əminik ki, Ulu Öndərin şah əsəri olan müasir Azərbaycanın müstəqilliyi ölkə başçısı cənab İlham Əliyevin uzaqgörən, düşünülmüş siyasəti və müdrik rəhbərliyi ilə əbədi olacaq və üçrəngli bayrağımız daim zirvələrdə dalğalanacaq.

Tədbirin sonunda ARB televiziyasının hazırladığı “Zəfər gündəliyi” adlı sənədli film nümayiş etdirildi.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2021
Fon rəngi

Mətn ölçüsü


Mətn boşluğu


Xətt hündürlüyü