“Korrupsiyaya qarşı mübarizə” və “etik davranış qaydaları” mövzusunda təlim keçirildi05/10/2021, 13:30

28 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoq Platforması tərəfindən Agentliyin əməkdaşları üçün “Korrupsiya hüquqpozmaları və bu hüquqpozmalara görə məsuliyyət” və “Etik davranış qaydaları, prinsipləri və onlara əməl edilməsi” mövzularında təlim keçirildi.

Təlimin məqsədi korrupsiyaya qarşı mübarizə sahəsində potensialın gücləndirilməsi, şəffaflıq və hesabatlılığın daha da artırılması və işçi heyətin bilik və bacarıqlarının yüksəldilməsinə dəstək olmaqdır.

Təlim zamanı Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev və Platformanın eksperti Zaur İbrahimov tərəfindən mövzu ilə bağlı təqdimatlar nümayiş olundu və təlim iştirakçılarına korrupsiya anlayışı, korrupsiyaya qarşı mübarizə, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, həmçinin etik davranış qaydaları, onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmlər, etik dilemmalar və onların həlli yolları barədə ətraflı məlumat verildi.

Təlim Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2020-ci il tarixli 1859 nörməli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində təşkil edilib.

 

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2023
Fon rəngi

Mətn ölçüsü


Mətn boşluğu


Xətt hündürlüyü