Mənzil İnşaatı Dövlət Agentliyinin regionda ilk layihəsi – Sumqayıt şəhərində yerləşən 1 və 2 saylı binaları üzrə ümumilikdə 144 mənzilin 17.08.2021-ci il tarixində “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçimi başlamış, 24.08.2021-ci il tarixində uğurla başa çatmışdır.
Mənzil seçimi etmiş vətəndaşlar barədə statistik məlumatlarla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz.