Mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən vətəndaşların nəzərinə!28/07/2021, 14:44

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan Mənzil İnşaatı Dövlət Agentliyinə daxil olmuş 08 iyul 2021-ci il tarixli məktuba əsasən güzəştli ipoteka kreditlərinin verilməsi, o cümlədən Agentliyin sərəncamında olan mənzillərin əldə edilməsi üçün Bank “BTB” ASC üzrə müəyyən edilmiş limitlərdən istifadənin Fond tərəfindən müvəqqəti olaraq dayandırıldığı bildirilmişdir.

17 avqust 2021-ci il tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi olan Sumqayıt şəhərində güzəştli mənzillərin satışı başlayacaq. Mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də vətəndaşların öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulmuşdur.

Qeyd edək ki, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan şəxs mütləq:

Bununla əlaqədar olaraq, bildiririk ki, mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan vətəndaşlar ilkin razılıq qərarının alınması üçün “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalamış “Kapital Bank” ASC, “Azər-Türk Bank” ASC, “Bank VTB (Azərbaycan)” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC və “TuranBank” ASC-yə müraciət edə bilərlər.

 

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2021