Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Hövsan Yaşayış Kompleksinin 1,4,5,6,7,8,9,10,11 saylı binaları üzrə ümumilikdə 307 mənzilin 01.07.2021-ci il tarixində “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçimi başlamış, 15.07.2021-ci il tarixində uğurla başa çatmışdır.
Mənzil seçimi etmiş vətəndaşlara dair və seçilmiş mənzillər barədə statistik məlumatlarla aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz.