Hövsan Yaşayış Kompleksindən hərbi qulluqçulara 803 mənzil ayrılıb22/07/2020, 09:32

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq Mənzil İnşaatı Dövlət Agentliyi növbəti dövlət sifarişinin reallaşdırılmasına başlamışdır.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyanın müraciətinə əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin Hövsan Yaşayış Kompleksində yerləşən 2962 mənzildən 803-ü hərbi qulluqçular üçün ayrılmışdır. Həmin mənzillərdən 8-i 1 otaqlı, 22-si 2 otaqlı, 472-si 3 otaqlı, 301-i isə 4 otaqlıdır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli və kombi isitmə sistemi ilə təmin edilmişdir.

Xatırladaq ki, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən dövlət sifarişi əsasında Yasamal Yaşayış Kompleksindən 21 mənzil, Hövsan Yaşayış Kompleksindən isə ümumilikdə 1112 mənzil ayrılmışdır.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2020