Mənzil İnşaatı Dövlət Agentliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi30/03/2020, 12:20

MİDA tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat məbləğində vəsait köçürülüb.

Dövlət başçısının ölkəmizdə koronavirus infeksiyasına (Covid-19) yoluxma hallarının qarşısının alınması məqsədilə aparılan tədbirlərin gücləndirilməsi və əhalinin sağlamlığının qorunması barədə çağırışına dəstək olaraq Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Agentliyin və onun tabeliyində olan “MİDA” MMC-nin əməkdaşlarının könüllü istəyi ilə onların aylıq vəzifə maaşları hesabına Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat məbləğində vəsait köçürülüb.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2020