Vətəndaşların nəzərinə!19/03/2020, 09:43

Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 mart 2020-ci il tarixli tapşırığı əsasında Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyində və onun tabeliyində olan “MİDA” MMC-də vətəndaşların qrup və fərdi surətdə qəbulları təxirə salınır.

Bununla yanaşı, vətəndaş müraciətlərinin qəbulu yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçirilir.

Vətəndaşlar Agentliyin rəsmi office@mida.gov.az elektron poçt ünvanına müraciət edə, həmçinin (012) 505 65 37/38 nömrələrinə zəng edə bilərlər.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2023
Fon rəngi

Mətn ölçüsü


Mətn boşluğu


Xətt hündürlüyü