248 güzəştli mənzildən 204-nün rəsmiləşdirilməsi başa çatmışdır10/02/2020, 10:39

Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi Yasamal Yaşayış Kompleksində 25.12.2019-cu il tarixində “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş 248 mənzildən 204-nün alqı-satqısı uğurla başa çatdırılmışdır.

Həmin mənzillərdən 9-u 27.12.2019-cu il tarixindəmənzili gözləmə qaydasında birinci sırada seçmiş şəxslər tərəfindən əldə edilmişdir. Hazırda qalan mənzillərin satışının rəsmiləşdirilməsi Qaydalara uyğun olaraq davam etdirilir.

Güzəştli şərtlərlə əldə edilmiş 204 mənzildən 35-i 1 otaqlı, 102-si 2 otaqlı, 67-si isə 3 otaqlıdır. Mənzilə sahib olmuş vətəndaşlardan 44-ü mənzili öz vəsaiti hesabına, 160-ı isə güzəştli ipoteka krediti hesabına əldə etmişdir.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2020