Mənzil İnşaatı Dövlət Agentliyi və Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatı Azərbaycan Gəncləri Gününə həsr edilmiş ağacəkmə aksiyasını təşkil etdi01/02/2020, 10:23

01 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının birgə təşəbbüsü ilə 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş ənənəvi ağacəkmə aksiyası keçirilmişdir.

Aksiya Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin ərazisində təşkil olunmuşdur.

 

Tədbirin məqsədi əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti və Yeni Azərbaycan Partiyasının «700 min ağac əkək» kampaniyası çərçivəsində gənclər arasında ekoloji mədəniyyətin formalaşması prosesinə töhvə vermək, ətraf mühitin qorunması hissini aşılamaq və ekoloji problemlərə qarşı mübarizədə gənc nəsli birgə fəaliyyətə səsləməkdir.

Aksiya zamanı 200-ə yaxın yeni ağac əkilmiş, həmçinin ərazidə olan Eldar şamı, çinar, zeytun ağacları və bəzək kollarından ibarət 100-dən çox bitkiyə qulluq göstərilmişdir.

 

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2020