"Sovetski" sakinləri Yasamal Yaşayış Kompleksindən ayrılmış mənzillərinə köçməyə başlayıblar30/01/2020, 11:44

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Dövlət Sifarişi əsasında Bakı şəhəri, Yasamal rayonunun “Sovetski” adlanan ərazisindən köçürülən sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Yasamal Yaşayış Kompleksindən ayrılmış mənzillərdən bu günə 19-u öz sahiblərinə təhvil verilmişdir.

 Həmin sakinlərin yeni evlərinə köçməsi haqqında Qafqazinfo.az saytının hazırladığı süjeti diqqətinizə təqdim edirik.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2020