Mənzil İnşaatı Dövlət Agentliyinin əməkdaşları təltif olundu10/04/2017, 00:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 10 aprel "İnşaatçılar günü" münasibətilə ölkədə tikinti kompleksinin inkişafında xidmətlərinə görə bir qrup inşaat işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Həmin şəxslər sırasında Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktorunun müavini Sadiq Sadıqov və Agentliyin tabeliyində fəaliyyət göstərən "MİDA" MMC-nin direktoru Fərhad Təhməzov da yer alıb. Sərəncamın mətni ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz.

http://www.president.az/articles/23324

 

 

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2018