Mənzil İnşaatı Dövlət Agentliyi və YAP Nəsimi Rayon Təşkilatının 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş birgə tədbiri keçirilmişdir17/01/2020, 16:18

Məlumdur ki, bu il xalqımızın öz azadlığı və  müstəqilliyi uğrunda mübarizəsinin şanlı səhifəsi olan 20 Yanvar faciəsinin 30 illiyi qeyd edilir.

Belə ki,  1990-cı ilin 20 yanvarında keçmiş SSRİ rəhbərliyinin tapşırığı və  ermənipərəst  Sovet Ordusu  ölkəmizdə öz istiqlaliyyəti uğrunda mübarizə aparan  mülki və dinc insanlara qarşı amansızcasına cinayət hadisəsi törətmişdir. Buna baxmayaraq əli silahsız, amma vətənpərvər soydaşlarımız Bakıya yeridilmiş qoşunun qarşısında çəkilməmişdir. 

Bildiyimiz kimi, hər il  xalqımız minnətdarlıqla bu  qəhramanlıq tarixini  yüksək səviyyədə qeyd edir, faciənin qurbanlarını hörmət və  ehtiramla yad edir  və faciəni törədənlərin  beynəlxalq tribunalarda mühakimə olunaraq, cavab vermələrini tələb edirlər. Bu il Azərbaycan xalqının qan yaddaşına əbədi  yazılan bu qəhramanlıq tarixinin 30-cu ildönümüdür və bu münasibətlə   möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən Sərəncam imzalanmışdır. Bu Sərəncamdan irəli gələrək hazırda ölkəmizdə və onun hüdudlarından kənarda xalqımızın əzmkarlıqla apardığı azadlıq  mücadiləsinin  30 illiyinə həsr olunmuş tədbirlər planı həyata keçirilir.

  

Azərbaycan Respublikasının Mənzil İnşaatı  Dövlət Agentliyi və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının birgə keçirdiyi bu görüşün  məqsədi də çağdaş müstəqilliyimizin qazanılmasında qəhrəmanlıq tariximiz olan “20 Yanvar”-ın xüsusi rolunun və əhəmiyyətinin bir daha gənc nəsillərə çatdırılmasıdır.

Tədbirdə YAP Nəsimi rayon təşkilatının Mənzil İnşaat  Dövlət Agentliyi üzrə ərazi ilk təşkilatının sədri və Agentliyin aparat rəhbəri Fərman Qurbanlı və YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, partiya fəalları və rayon ərazisində yaşayan 20 Yanvar şəhid ailələri və əlilləri iştirak edirdi. Rayon təşkilatının inzibati binasında keçirilən tədbirin sonunda təşkilatçılar tərəfindən onlara müvafiq yardım edildi.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2020