Qeyri-iş günləri ilə bağlı məlumat18/03/2017, 00:00

Novruz bayramı münasibətilə 20-26 mart tarixləri “ASAN xidmət” mərkəzlərində qeyri-iş günləri olacaq. Müvafiq “ASAN xidmət” mərkəzlərində “Güzəştli mənzil” elektron sistemi ilə bağlı suallarınızın cavablandırılması işinə 27 mart tarixindən etibarən davam edəcəyik.

Xatırladaq ki, güzəştli mənzilə dair ətraflı məlumat əldə etmək üçün Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərinə, habelə Sumqayıt “ASAN xidmət” mərkəzinə həftənin iş günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək müraciət edə bilərsiniz.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2018